Birləşmiş Ərəb Əmirliklərində keçirilən Asiya kubokunda oyunlar davam edir. Matç.az saytının məlumatına görə, bu gün növbəti oyunlar keçirilib.

Əvvəlcə A qrupunda Bəhreynlə Tayland qarşılaşıblar. Görüş ikincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca B qrupunda İordaniya Suriyadan üstün olub – 2:0.

Günün son matçı ilə isə A qrupunda ikinci tura yekun vurulub. Meydan sahibləri BƏƏ Hindistana gücünü göstərib – 2:0.

Qeydə alınan nəticələrdən sonra A qrupunda BƏƏ 4 xalla liderlik edirsə, Hindistanla Tayland hərəyə 3 xalla 2-3-cü yerləri bölüşürlər. Son sıradakı Bəhreynin isə 1 xalı var.

B qrupunda isə iki oyunda maksimum nəticə göstərmiş İordaniya 6 xalla liderdi. Bir oyunda 1 xalı olan Fələstin ikinci, iki oyunda eyni xal toplamış Suriya üçüncü, Avstraliya isə sonuncudur – 0 xal.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest