14 İyun 2021, 23:00
AVRO-2024
Aç-2020-nin D qrupu çərçivəsində keçirilən Polşa - Slovakiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Matc.az xəbər verir ki, Slovakiya yığmasının müdafiəçisi Milan Şkrinyar bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı mərkəz müdafiəçisi bu matçın 69-cu dəqiqəsində komandasının qələbə qoluna imza atıb.