10 Yanvar 2019, 23:25
FUTBOL
"Real" heyətini gücləndirmək üçün hərəkətə keçib. Matç.az saytının məlumatına görə, "kral klubu" yeni hücumçusunu İtaliyada tapıb.
"Telemadrid" iddia edir ki, ispanlar "Cenoa"da çıxış edən Kşiştof Pyonteki almaq istəyir. 23 yaşlı polşalı üçün 30 milyon avro təklif olunub.
Daha əvvəl mətbuatda madridlilərin Pyonteki icarəyə götürmək istəməsi ilə bağlı xəbərlər yayılmışdı.
Qeyd edək ki, cari mövsüm A seriyasında 19 oyuna çıxan forvard 13 qola imza atıb.