Bir illik fasilədən sonra "Səbail-2" Birinci Divizionda fəaliyyətini bərpa edəcək. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
"Səbail"in əvəzedici komandasına 2018-ci ildən klubun akademiyasında çalışan Ruslan Qafitullin baş məşqçi təyin olunub.
 
"Səbail-2″ 2016/17 mövsümündə əvəzedicilərin çempionatında gümüş, 2017/18 mövsümündə qızıl medal qazanıb. 2019/20 mövsümündə isə Birinci Divizionun gümüş medalçısı olub.
 
Ruslan Qafitullin bunadək "Səbail"in U-19 komandasına rəhbərlik edirdi. Onun çalışdırdığı kollektiv 2018/19 mövsümündə bürünc medallar qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest