"Mançester Yunayted" UEFA Çempionlar Liqasının ümumi mərhələsinin açılış matçında ciddi itki ilə üzləşə bilər.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, İngiltərə Premyer Liqasının son turunda "Everton"la keçirilən və 2:2 hesabı ilə başa çatan qarşılaşmada zədələnən Markus Reşfordun Bakı təmsilçisi "Sabah"a qarşı oynayıb-oynamayacağı sual altındadır.

Mançester təmsilçisinin baş məşqçisi Maykl Kerrik 28 yaşlı hücumçunun 70-ci dəqiqədə meydanı vaxtından əvvəl tərk etməsinin səbəbini onun səhhətində yaranan qəfil narahatlıqla əlaqələndirib:

"O, meydanda özünü narahat hiss etdi və biz onu əvəzləməli olduq. Halbuki həmin dəqiqəyə qədər komanda üçün çox faydalı oyun nümayiş etdirirdi. Reşford zədədən qayıtdıqdan sonra çox yaxşı forma bərpa edib və "Everton"la matçda da rəqib müdafiəsinə ciddi çətinliklər yaratdı. Son nöqtəni qoya bilməsə də, oyun boyu ən təhlükəli fiqurlarımızdan biri idi".

Xatırladaq ki, turnirin I turu çərçivəsində baş tutacaq "Mançester Yunayted" – "Sabah" qarşılaşması sentyabrın 10-da, Bakı vaxtı ilə isə saat 23:00-da "Old Trafford" stadionunda start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest