"Mançester Siti"nin sabiq yarımmüdafiəçisi Coy Bartonun girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatəti rədd edilib.
Matc.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Telegraph Football" nəşri məlumat yayıb.
Bildirilir ki, 44 yaşlı sabiq futbolçu və Qari Oqreydi 51 yaşlı Kevin Linçə hücum etməkdə ittiham olunurlar. Hadisənin 2026-cı il martın 8-də Bartonun Liverpul yaxınlığındakı qolf klubunda Linçlə birlikdə spirtli içki qəbul etməsindən sonra baş verdiyi iddia edilir. Hücum nəticəsində sonuncu gözündən ciddi xəsarət alıb.
Ötən həftə Liverpul Kral Məhkəməsində hakim işin baxılmasında 2027-ci il martın 8-nə qədər fasilə elan edib. Həmin vaxta qədər Bartonun girov müqabilində azadlığa buraxılması qadağan olunub. Məhkəmə prosesinin özünün isə iki həftə davam edəcəyi gözlənilir.
Qeyd edək ki, oyunçu karyerası ərzində İngiltərə millisinin heyətində bir matça çıxan Barton "Mançester Siti", "Nyuasl", KPR, "Reyncers", "Bernli" və "Marsel" klublarında çıxış edib.
O, daha sonra "Flitvud" komandasında baş məşqçi kimi çalışıb. Sabiq ingiltərəli futbolçu çoxsaylı intizam problemləri və qalmaqallı bəyanatları, o cümlədən Eni Alukoya qarşı böhtan kampaniyası, həyat yoldaşını döyməsi və irqçilik ittihamları ilə tanınır.













