Canluici Buffon müasir futbolda yüksək ödənişli qapıçı transferləri ilə bağlı fikirlərini bölüşüb. Matç.az saytının məlumatına görə, "FourFourTwo" nəşrinə danışan məşhur "çərçivə qoruyucusu" özünün "Yuventus"a keçidindən də danışıb.

"İndi oyunçulara yüksək məbləğlər ödənilir, əvvəllər isə belə şeylər yox idi. Amma düşünürəm ki, Ederson, Alison və Kepa transferləri çox ağıllı addımlardı. O vaxt "Yuventus" mənə 52 milyon ödəyəndə çox dedi ki, bu həddən artıq yüksək məbləğdi. Amma nəticədə mən bu klubda 17 il keçirdim. Hesab edirəm ki, "Yuventus" tarixində ən yaxşı transferlərindən birini məni almaqla edib. İndiki bazar şərtləri ilə o zamankı şərtləri müqayisə eləmək çox çətindi" – deyə Cici bildirib.

Qeyd edək ki, 2001-2018-ci illərdə "Yuventus"da oynamış Buffon bu klubun heyətində 500-də çox oyuna çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest