16 İyun 2021, 16:08
AVROPA LİQASI
Bu gün Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunmuş püşkatma mərasimində Azərbaycanın "Qarabağ", "Sumqayıt" və "Keşlə" klublarının da rəqibləri məlum olub.
Səpələnmişlər səbətində yer alan "Qarabağ" bu mərhələdə İsrailin "Aşdod" klubu ilə qarşılaşacaq.
Digər iki klubumuz isə səpələnmişlər səbətində yer alıb. "Sumqayıt" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın "çukariçki", "Keşlə" isə Rusiyanın "Soçi" klubu ilə qarşılaşacaq.
Azərbaycanı UEFA çempionlar Liqasında təmsil edən "Neftçi" burada mübarizəni dayandırsa, Avropa Konfrans Liqasına düşəcək. "Ağ-qaralar" bu turnirin 2-ci təsnifat mərhələsində Makkabi (Hayfa, İsrail) – Kayrat (Qazaxıstan) cütünün məğlubu ilə qarşılaşacaq.
"Sumqayıt" və "Keşlə" turnirə səfərdə başlayacaq. "Qarabağ" isə ilk matçı evdə oynayacaq. "Neftçi" də bu turnirə qatılmalı olsa, ilk oyununu evdə keçirəcək.
Qeyd edək ki, Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. İlk raundun matçları isə iyulun 8-də və 15-də baş tutacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi
Soçi (Rusiya) – Keşlə (Azərbaycan)
çukariçki (Serbiya) – Sumqayıt (Azərbaycan)
Qarabağ (Azərbaycan) – Aşdod (İsrail)
Dinamo (Tiflis, Gürcüstan)/Neftçi (Azərbaycan) – Makkabi (Hayfa, İsrail)/Kayrat (Qazaxıstan)