Bu gün AÇ-2020-nin qrup mərhələsində II tura start verilib. Matc.az xəbər verir ki, çempionatın 6-cı günündə 3 qarşılaşma keçirilib. Tur B qrupunda başlayıb. Gözlənilmədən Danimarkanı məğlub edən Finlandiya çempionata uğursuz başlayan Rusiya ilə üz-üzə gəlib. Ruslar bu görüşdən qalib ayrılıblar.

Digər iki matç A qrupunda keçirilib. Bakı Olimpiya Stadionu ikinci matçı qəbul edib. Bu dəfə qardaş Türkiyə yığması Uelsi sınağa çəkib. İlk turda hər iki komanda xal itirdiyindən işini çətinə salmamaq üçün qalib gəlməliydi. Uels yığması bu görüşdən inamlı qələbə ilə ayrılıb.

Günə Romada yekun vurulub. İsveçrə ilə qarşılaşan İtaliya inamlı qələbə sayəsində 1/8 finala ilk vəsiqənin sahibi olub. 

Qeyd edək ki, II tur iyunun 19-da başa çatacaq.

AÇ-2020
II tur, 16 iyun

B qrupu

Finlandiya - Rusiya 0:1

Qol: A.Mirançuk, 45+2.
Baş hakim: Danni Makkeli (Niderland)
“Sankt-Peterburq” stadionu

Finlandiya: 1. Lukas Hradeçki, 2. Paulus Arajuri (k), 3. Daniel O’Şonessi, 4. Yoona Toivio, 6. Qlen Kamara, 8. Robin Lod, 10. Teemu Pukki, 11. Rasmus Şüller, 18. Yere Uronen, 20. Yoel Pohyanpalo, 22. Yukka Raitala.

Rusiya: 16. Matvey Safonov, 2. Mario Fernandes, 3. İqor Diveyev, 7. Maqomed Ozdoyev, 8. Dmitri Barinov, 11. Roman Zobnin, 14. Georgi Cikiya, 15. Aleksey Mirançuk, 17. Aleksandr Qolovin, 22. Artyom Dzyuba (k), 23. Daler Kuzyayev.

1

Belçika

1

1

0

0

3-0

3

2

Rusiya

2

1

0

1

1-3

3

3

Finlandiya

2

1

0

1

1-1

3

4

Danimarka

1

0

0

1

0-1

0

 

A qrupu

20:00. Türkiyə - Uels 0:2

Qol: A.Remsi, 43. K.Roberts, 90+5.
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Bakı Olimpiya Stadionu

Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 4. Çağlar Söyüncü, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 9. Kenan Karaman, 10. Hakan Çalhanoğlu, 13. Umut Meraş, 17. Burak Yılmaz (k), 22. Kaan Ayhan.

Uels: 12. Denni Uord, 4. Ben Devis, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Byel (k), 13. Kiffer Mur, 14. Konnor Roberts, 16. Co Morrell, 20. Daniel Ceyms, 22. Kris Mefam.

İtaliya – İsveçrə 3:0
Qol: M.Lokatelli, 26; 52. Ç.İmmobile, 89.
Baş hakim: Sergey Karasyov (Rusiya)
Roma. Olimpiya Stadionu

İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 3. Corco Kyellini (k), 4. Leonardo Spinatsola, 5. Manuel Lokatelli, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 11. Domeniko Berardi, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi.

İsveçrə: 1. Yan Zommer, 2. Kevin Mbabu, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranit Caka (k), 13. Rikardo Rodriqes, 22. Fabian Şer, 23. Cerdan Şakiri.
 

1

İtaliya

2

2

0

0

6-0

6

2

Uels

2

1

1

0

3-1

4

3

İsveçrə

2

0

1

1

1-4

1

4

Türkiyə

2

0

0

2

0-5

0

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest