Futbol üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün qitə birinciliyinin qrup mərhələsi çərçivəsində daha üç qarşılaşma baş tutub.

Əvvəlcə C qrupu çərçivəsində Ukrayna və Şimali Makedoniya yığmaları üz-üzə gəlib. Üç qolluq qarşılaşma ukraynalıların qələbəsiylə başa çatıb. Bu qrupun digər matçında Niderland və Avstriya milliləri qarşılaşıb. Niderlandlılar inamlı qələbə sayəsində 1/8 finala çıxıblar.

B qrupunda isə Danimarka və Belçika milli komandalarının görüşü baş tutub. Belçika da əzmkar qələbə qazanmaqla mərhələ adlayan komandalar sırasına qoşulub. Daha öncə İtaliya da 1/8 finala yüksəlmişdi.

AÇ-2020
17 iyun

B qrupu

Danimarka – Belçika 1:2
Qol: Y.Poulsen, 2 – T.Hazard, 55. K.D.Bruyne, 71.
Baş hakim: Byörn Kuypers (Niderland).
Kopenhagen. Parken stadionu.

Danimarka: 1. Kasper Şmeyxel, 3. Yannik Vesterqaard, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 14. Mikkel Damsqaard, 18. Daniel Vass, 20. Yussuf Poulsen, 23. Pyer-Emil Heyberq.
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 5. Yan Vertongen (k), 8. Yuri Tilemans, 9. Romelu Lukaku, 11. Yannik Karrasko, 14. Dris Mertens, 15. Tomas Munye, 16. Torqan Hazard, 18. Ceyson Denayer, 19. Leander Dendonker.

Belçika – 6, Rusiya – 3, Finlandiya – 3, Danimarka – 0.

C qrupu

Ukrayna – Şimali Makedoniya 2:1
Qol: A.Yarmolenko, 29. R.Yaremçuk, 34 – E.Alioski, 57-pen.
R.Malinovski 84-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Fernando Andres Rapallini (Argentina).
Buxarest. Milli Arena.

Ukrayna: 1. Georgi Buşçan, 6. Taras Stepanenko, 7. Andrey Yarmolenko (k), 8. Ruslan Malinovski, 9. Roman Yaremçuk, 10. Mikola Şaparenko, 13. İlya Zabarnı, 16. Vitali Mikolenko, 17. Aleksandr Zinçenko, 21. Aleksandr Karavayev, 22. Mikola Matviyenko.
Şimali Makedoniya: 1. Stole Dimitrevski, 5. Ariyan Ademi, 6. Visar Musliu, 8. Ezqyan Alioski, 10. Qoran Pandev (k), 13. Ştefan Ristovski, 14. Darko Velkovski, 16. Boban Nikolov, 17. Enis Bardi, 20. Ştefan Spirovski, 21. Elyif Elmas.

Niderland – Avstriya 2:0
Qol: M.Depay, 11-pen. D.Dumfris, 67.
Baş hakim: Orel Qrinfeld (İsrail).
Amsterdam. Yohan Kroyf Arena.

Niderland: 1. Martin Stekelenburq, 3. Matteys De Liqt, 6. Stefan de Vrey, 8. Corcinyo Veynaldum (k), 10. Memfis Depay, 12. Patrik van Aanholt, 15. Marten de Ron, 17. Deyli Blind, 19. Vaut Veqorst, 21. Frenki de Yonq, 22. Denzel Dumfris.
Avstriya: 13. Daneil Baxmann, 2. Andreas Ulmer, 3. Aleksandr Draqoviç, 4. Martin Hinteregger, 8. David Alaba (k), 9. Marsel Sabitzer, 11. Mixael Qreqoriç, 19. Kristof Baumqartner, 21. Ştefan Layner, 23. Xavyer Şlager, 24. Konrad Laymer.

Niderland – 6, Ukrayna – 3, Avstriya – 3, Şimali Makedoniya – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest