Futbol üzrə Avropa çempionatının B qrupunun bu gün keçiriləcək Danimarka – Belçika oyunu 10-cu dəqiqədə dayandırılacaq. Matc.az xəbər verir ki, bu barədə Belçika yığmasının hücumçusu Romelu Lukaku açıqlama verib.
 
O, Aç-2020-nin qrup mərhələsinin ilk turunun Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən danimarkalı yarımmüdafiəçi Kristian Eriksen üçün belə addım atılacağını bildirib. Hər iki komandanın futbolçuları 10-cu dəqiqədə bir dəqiqəlik fasilə edəcək.
 
Danimarka millisinin 10 nömrəli futbolçusu Kristian Eriksen hazırda xəstəxanadadır.
 
Danimarka – Finlandiya matçı 0:1 hesabıyla bitib.
 
Bu gün keçiriləcək Danimarka – Belçika matçı saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest