"Sumqayıt" komandası 2021/22 mövsümünün hazırlığına start verib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Komanda Ayxan Abbasovun rəhbərliyi ilə Sumqayıt şəhər stadionunda məşqlərə başlayıb.
 
"Sumqayıt" ötən mövsümü Premyer Liqada 3-cü sırada bitirib. "Kimyaçılar" Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın "çukariçki" klubu ilə qarşılaşacaq.
 
"Sumqayıt" "çukariçki" ilə ilk oyununu iyulun 22-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest