Aç-2020-nin B qrupu çərçivəsində keçirilən Danimarka – Belçika matçının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, Belçika yığmasının hücumçusu Romelu Lukaku bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu bu görüşdə sərgilədiyi performansla qazandıqları 2:1 hesablı qələbədə əsas pay sahiblərindən biri olub.
 
Xatırladaq ki, Lukaku ilk turda Rusiyaya 3:0 hesabıyla qalib gəldikləri görüşdə də matçın ulduzu seçilmişdi. Bununla da Romelu Aç-2020-də iki dəfə matçın ən yaxşı futbolçusu seçilən ilk oyunçu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest