Futbol üzrə Avropa çempionatı (Aç-2020) davam edir. Matc.az xəbər verir ki, bu gün qitə birinciliyinin qrup mərhələsi çərçivəsində daha üç qarşılaşma baş tutub.

Əvvəlcə E qrupu çərçivəsində İsveç və Slovakiya yığmaları üz-üzə gəlib. Slovakiya yığması bu oyundan qalib ayrılsa, 1/8 finala vəsiqəni təmin edəcəkdi. Amma qarşılaşma bu komandanın məğlubiyyəti ilə bitib.

D qrupunda isə çexiya Xorvatiyanı, İngiltərə də Şotlandiyanı sınağa çəkib. çexlər və ingilislər bu oyunda da qələbə qazana bilsə, növbəti mərhələyə vəsiqəni təmin edəcəkdilər. Amma hər iki görüş heç-heçə bitib.

Xatırladaq ki, iki turdan sonra İtaliya, Belçika və Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb.

Aç-2020
18 iyun

E qrupu

İsveç – Slovakiya 1:0
Qol: E.Forsberq, 77-pen.
Baş hakim: Daniel Zibert (Almaniya).
Sankt-Peterburq. Yeni Zenit stadionu.

İsveç: 1. Robin Olsen, 2. Mikael Lustiq, 3. Viktor Lindelöf, 6. Lüdviq Auqustinsson, 7. Sebastyan Larsson (k), 8. Albin Ekdal, 9. Markus Berq, 10. Emil Forsberq, 11. Aleksandr İsak, 20. Kristoffer Olsson, 24. Markus Danielson.
Slovakiya: 1. Martin Dubrovka, 2. Peter Pekarik, 5. Lubomir Şatka, 8. Andrey Duda, 13. Patrik Hroşovski, 14. Milan Şkrinyar, 15. Tomaş Huboçan, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 24. Martin Kosçelnik.

İsveç – 4, Slovakiya – 3, İspaniya – 1, Polşa – 0.

D qrupu

Xorvatiya – çexiya 1:1
Qol: İ.Perişiç, 47 – P.Şik, 37-pen.
Baş hakim: Karlos del Serro Qrande (İspaniya).
Qlazqo. "Hampden Park" stadionu.

Xorvatiya: 1. Dominik Livakoviç, 2. Şime Vrsalko, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. Yosip Brekalo, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 17. Ante Rebiç, 21. Domaqoy Vida, 25. Yoşko Qvardiol.
çexiya: 1. Tomaş Vatslik, 3. Andrey çelustka, 5. Vladimir çoufal, 6. Tomaş Kalas, 8. Vladimir Darida (k), 9. Tomaş Holeş, 10. Patrik Şik, 12. Lukas Masopust, 14. Yakub Yankto, 15. Tomaş Souçek, 18. Yan Boril.

İngiltərə – Şotlandiya 0:0
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya).
London. "Uembli" stadionu.

İngiltərə: 1. Cordan Pikford, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 14. Kelvin Fillips, 15. Tayron Minqs, 19. Meyson Maunt, 20. Fil Foden, 24. Riz Ceyms.
Şotlandiya: 1. David Marşall, 2. Stiven O`Donnell, 3. Endryu Robertson (k), 4. Skott Maktominay, 5. Qrant Heynli, 6. Kiran Tirni, 7. Con Makqinn, 8. Kallum Makqreqor, 9. Lindon Dayks, 10. çe Adams, 23. Billi Gilmor.

çexiya – 4, İngiltərə – 4, Xorvatiya – 1, Şotlandiya – 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest