11 Yanvar 2019, 11:32
FUTBOL
Birləşmiş Ərəb Əmirliklərində keçirilən Asiya kubokunun qrup mərhələsinin II turu istefa ilə başlayıb. Matç.az xəbər verir ki, Suriya millisinin baş məşqçisi Bernd Ştanqe vəzifəsindən kənarlaşdırılıb.
Tanınmış almaniyalı mütəxəssisin bu aqibəti yaşamasına turnirdəki ilk məğlubiyyət səbəb olub. İlk turda Fələstinlə qolsuz heç-heçə edən suriyalıların İordaniyaya 0:2 hesabı ilə uduzması baş məşqçinin qovulması ilə nəticələnib.
Qrup mərhələsinin III turundan komandaya Fəcr İbrahim başçılıq edəcək. O, millinin yeni çalışdırıcısı təyin edilib. Suriyalılar yanvarın 15-də yarışın son qalibi Avstraliya ilə görüşəcək.
Qeyd edək ki, Ştanqe ötən ilin fevralında millinin baş məşqçisi təyin olunmuşdu.