11 Yanvar 2019, 11:44
FUTBOL
İspaniya "Barselona"sının braziliyalı futbolçu Villianı heyətinə qatmaq arzusu reallaşmayıb. Matç.az xəbər verir ki, kataloniyalıların yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu "çelsi" ilə danışıqları müsbət nəticələnməyib.
İngiltərə klubu Villianı Malkomla dəyişməyə razılaşmayıb. Hərçənd "Barselona" öz yarımmüdafiəçisi ilə birlikdə əlavə pul da verməyi təklif edib. Londonlular bunu onunla izah edib ki, komandan gücləndirmək istədiklərindən aparıcı oyunçunu buraxmaq fikrində deyillər.
Kataloniyalılar ötən yayda da Villianı almaq istəyirdi. Həmin vaxt braziliyalı üçün 61 milyon avro təklif olunmuşdu.
Qeyd edək ki, 30 yaşlı braziliyalının "çelsi" ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.