18 İyun 2021, 23:50
AVRO-2024
Futbol üzrə Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen xəstəxanadan evə buraxılıb. Matc.az xəbər verir ki, bu barədə Danimarka Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
ürəyinə implant dərialtı kardioverter-defibrillyator quraşdırmaq üçün əməliyyat olunan 29 yaşlı futbolçunun özünü yaxşı hiss etdiyi bildirilib. Xəstəxanadan çıxan futbolçu əvvəlcə milli komandanın düşərgəsinə baş çəkib, onları Aç-2020-dəki son oyunda qazandıqları qələbə münasibətilə təbrik edib. Daha sonra o, ailəsinin yanına yollanıb.
Qeyd edək ki, Eriksen iyunun 12-də Finlandiya ilə B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər.