19 İyun 2021, 01:16
AVRO-2024
Aç-2020-nin D qrupu çərçivəsində keçirilən İngiltərə - Şotlandiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Matc.az xəbər verir ki, Şotlandiya yığmasının yarımmüdafiəçisi Billi Gilmor bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının 1 xal qazanmasında pay sahiblərindən biri olub.
Qeyd edək ki, İngiltərə - Şotlandiya matçı 0:0 hesabıyla başa çatıb.