19 İyun 2021, 21:24
AVRO-2024
Aç-2020-nin F qrupu çərçivəsində keçirilən Macarıstan - Fransa matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Matc.az xəbər verir ki, Macarıstan yığmasının yarımmüdafiəçisi Laslo Klaynhaysler bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının 1 xal qazanmasında pay sahiblərindən biri olub.
Qeyd edək ki, Macarıstan - Fransa matçı 1:1 hesabıyla başa çatıb.