20 İyun 2021, 10:48
AVRO-2024
Türkiyəli FİFA referisi Cüneyt çakır Aç-2020-nin daha bir oyununa təyinat alıb.
Matc.az xəbər verir ki, o, qrup mərhələsinin üçüncü turunun Ukrayna - Avstriya matçını idarə edəcək.
C qrupu çərçivəsində baş tutacaq matçda çakıra yan xətt hakimləri qismində Bahaddin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Daniel Zibert yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 21-də Buxarestdə keçiriləcək Ukrayna - Avstriya matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.