20 İyun 2021, 22:31
AVRO-2024
Aç-2020-nin A qrupu çərçivəsində keçirilən İtaliya - Uels matçının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, İtaliya yığmasının yarımmüdafiəçisi Federiko Kyeza bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən biri olub.
Qeyd edək ki, İtaliya - Uels matçı 1:0 hesabıyla başa çatıb.