İspaniya "Real"ının Sergey Milinkoviç-Saviçi transfer etmək istəyi reallaşmayıb. Matç.az xəbər verir ki, İtaliyanın "Latsio" klubu madridlilərin transfer təklifini rədd edib.

Romalılar serbiyalını 160 milyon avroya satmağa razı olmayıb. 2015-ci ildə Belçika "Genk"indən 18 milyon avroya transfer olunan futbolçu karyerasını "Latsio"da davam etdirəcək.

Serbiyalı İtaliya klubunda oynadığı müddətdə 144 oyunda 27 qol vurub və 21 məhsuldar ötürmə verib. 23 yaşlı yarımmüdafiəçini İtaliya təmsilçiləri "Milan"la "İnter"də heyətində görmək istəyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest