21 İyun 2021, 22:54
AVRO-2024
Aç-2020-nin C qrupu çərçivəsində keçirilən Ukrayna - Avstriya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Matc.az xəbər verir ki, Avstriya yığmasının yarımmüdafiəçisi Florian Qriliç bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən biri olub.
Qeyd edək ki, Ukrayna - Avstriya matçı 0:1 hesabıyla başa çatıb.