UEFA-nın İntizam Komitəsi Yunanıstanın "Olimpiakos" klubu ilə bağlı qərar verib. Matç.az xəbər verir ki, Pirey təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin VI turunun "Milan"la oyunundakı davranışı kluba baha başa gəlib.

Ellada klubu növbəti ev oyununu boş tribunalar önündə keçirəcək. "Karaiskakis" stadionundakı görüş azarkeşlərsiz baş tutacaq. Bu cəza Kiyev "Dinamo"su ilə 1/16 finalın fevralın 14-dəki duelinə tətbiq ediləcək. "Olimpiakos" həm də 90 min avro cərimə ödməlidi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest