22 İyun 2021, 01:25
AVRO-2024
Aç-2020-nin B qrupu çərçivəsində keçirilən Finlandiya - Belçika matçının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, Belçika yığmasının yarımmüdafiəçisi Kevin De Breyne bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə (2:0) qazanmasında pay sahiblərindən biri olub. Komandasının vurduğu ikinci qolun məhsuldar ötürməsini məhz De Breyne verib.
Kevin De Breyne İngiltərənin "Mançester Siti" klubunun formasını geyinir.