22 İyun 2021, 09:49
FUTBOL
2020-ci il Avropa çempionatının final mərhələsində B qrupunda mübarizəyə yekun vuruldu. Matc.az xəbər verir ki, hər üç görüşünü qələbə ilə başa vuran Belçika yığması qrup lideri oldu. Digər 3 milli komanda 3 xal toplasa da, Danimarka ikinci, Finlandiya üçüncü, Rusiya isə dördüncü yerlə kifayətləndi.
Rusiya qrupdakı son matçında Danimarkaya böyük hesabla uduzdu – 1:4. Bu, rusiyalıların böyük turnirlərin final mərhələsində aldığı 7-ci ağır məğlubiyyətdi.
Belə ki, onlar Avropa və dünya çempionatında Aç-96-da Almaniyaya 0:3, Aç-2008-də İspaniya 0:3 və 1:4, Aç- 2016-da Uelsə 0:3, Dç-2018-də Uruqvaya 0:3, Aç-2020-də Belçika 0:3 və Danimarka 1:4 hesabı ilə məğlub olub.