23 İyun 2021, 18:00
AVRO-2024
Xorvatiya milli komandasının futbolçusu Luka Modriç unikal göstəriciyə imza atıb.
Matc.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Xorvatiya yığması ilə Avropa çempionatları tarixində qol vuran ən gənc və ən yaşlı futbolçu ünvanına sahib olub.
Modriç Aç-2008-də Avstriya yığmasına (1:0) qol vuranda 22 yaş 273, dünən Aç-2020-də Şotlandiyaya (3:1) vurduğu qol zamanı isə 35 yaş 286 günündə olub.
Xovartiya millisi Aç-2020-nin D qrupunu 2-ci sırada bitirərək 1/8 finala yüksəlib.