Aç-2020-nin E qrupu çərçivəsində keçirilmiş Slovakiya - İspaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, İspaniya yığmasının yarımmüdafiəçisi Serxio Buskets bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən biri olub.
 
Qeyd edək ki, Slovakiya - İspaniya matçı 0:5 hesabıyla başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest