24 İyun 2021, 01:39
AVRO-2024
Aç-2020-nin F qrupu çərçivəsində keçirilmiş Portuqaliya - Fransa matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Matc.az xəbər verir ki, Fransa yığmasının hücumçusu Kərim Benzema bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının 1 xal qazanmasında əsas pay sahiblərindən biri olub. Belə ki, fransızların hər iki qolunu məhz Benzema vurub.
Qeyd edək ki, Portuqaliya - Fransa matçı 2:2 hesabıyla başa çatıb.