24 İyun 2021, 01:53
AVRO-2024
Aç-2020-nin F qrupu çərçivəsində keçirilmiş Almaniya - Macarıstan matçının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, Almaniya yığmasının yarımmüdafiəçisi Yozua Kimmix bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının 1 xal qazanmasında pay sahiblərindən biri olub.
Qeyd edək ki, Almaniya - Macarıstan matçı 2:2 hesabıyla başa çatıb.