11 Yanvar 2019, 21:19
FUTBOL
Futzal üzrə Azərbaycan kubokunda mövsümün ilk qolunun müəllifi Fuad Cəfərov olub. Matç.az xəbər verir ki, "Green Log"un futzalçısı 1/32 final mərhələsinin ilk görüşündə fərqlənib.
O, "Baker Tilly" ilə matçın 5-ci dəqiqəsinin 39-cu saniyəsində rəqib qapısına yol tapıb. "Olimpik Star"dakı bu top yarışın cari mövsümündəki "siftə" olub.
Qeyd edək ki, Fuasın komandası bu matçda 2:1 hesabı ilə qalib gəlib.