"Yanvarın 4-dən etibarən məşqlərimiz davam edir. Futbolçular qış fasiləsindən sonra istər-istəməz tam formada olmurlar". Matç.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov klubun feysbuk səhifəsinə deyib.

O, "Şüvəlan"la bu gün keçirilən yoxlama oyunu (4:0) barədə fikirlərini bölüşüb: "Lakin, plana əsasən keçirilən məşqlərdən sonra yoxlama oyunu bizim üçün önəmli idi. Uşaqlar da özlərini yaxşı cəhətdən göstərməyə çalışdılar. Bu günki oyunda əsas istəyimiz hərəkətli oyun görmək idi. Yeni transferlərimizin hər üçü bu gün meydanda oldu. Yavaş-yavaş onlar da komandaya uyğunlaşır. çalışırıq transferlərlə heyətimizi daha da gücləndirək. Bütün mövqelərdə futbolçular arasında rəqabətin olmasını istəyirik. ümid edirəm ki, Antalya toplanışı ərzində bu məsələni həll etmiş olacağıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest