27 İyun 2021, 00:19
AVRO-2024
Futbol üzrə Danimarka yığması Aç-2020-nin 1/8 finalında Uels millisini 4:0 hesabıyla məğlub edərək 1/4 finala yüksəldi.
Matc.az xəbər verir ki, bu qarşılaşma danimarkalılar üçün əlamətdar olub.
Belə ki, sözügedən kollektiv Avropa çempionatları tarixinə ardıcıl iki oyunda 4 qol vurmağı bacaran ilk komanda kimi düşüb.
Xatırladaq ki, Danimarka yığması bundan əvvəlki oyunda da Rusiya yığmasını 4:1 hesabıyla məğlub etmişdi. Qrup mərhələsinə Finlandiya ilə oyundakı 0:1 hesablı məğlubiyyətlə start verən bu komanda, ikinci matçında da Belçikaya 1:2 hesabıyla uduzmuşdu.