Bu gün Azərbaycan çempionatında "transfer pəncərə"si açılır. Matç.az xəbər verir ki, 2018/19-cu illər mövsümü qış transfer dövrü 4 həftə davam edəcək.

28 günlük "pəncərə" fevralın 8-də yekunlaşacaq. Klublar yeni oyunçularını məhz yanvarın 12-dən fevralın 8-dək olan dövrdə qeydiyyatdan keçirə biləcəklər.

Düzdü, artıq bəzi klublar heyətlərində dəyişikliklər ediblər. Lakin bütün bu keçidlər yalnız indi rəsmiləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest