UEFA 2018-ci ilin rəmzi komandasını açıqlayıb. Matç.az xəbər verir ki, "11-lik" azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşib.

Heyətdə "Real"ın futbolçuları çoxluq təşkil edib. İspaniya klubunun 4 üzvü və 1 sabiq oyunçusu "11-lik"də qərarlaşıb. "çelsi" və "Barselona" isə 2 oyunçu ilə təmsil olunub. "Liverpul", PSJ və "Yuventus"un da heyətdə təmsilçisi yer alıb.

ölkələrdən yalnız Fransanın təmsilçi sayı 1-dən artıq olub. 3 dünya çempionu rəmzi komandaya düşüb.

Qapıçı: Mark Andre Ter Şteqen (Almaniya, "Barselona")

Müdafiəçilər: Rafael Varan (Fransa, "Real"), Vircil Van Deyk (Hollandiya, "Liverpul"), Marselo (Braziliya, "Real"), Serxio Ramos (İspaniya, "Real")

Yarımmüdafiəçilər: Eden Azar (Belçika, "çelsi"), Nqolo Kante (Fransa, "çelsi"), Luka Modriç (Xorvatiya, "Real)

Hücumçular: Kriştianu Ronaldo (Portuqaliya, "Real"/"Yuventus"), Killian Mbappe (Fransa, PSJ), Lionel Messi (Argentina, "Barselona")

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest