01 İyul 2021, 11:00
FUTBOL
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Keşlə" ilə qarşılaşacaq Rusiyanın "Soçi" komandası yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Rusiyanın digər klubu "Kuban"la (Krasnodar) üz-üzə gəlib.
"Keşlə"nin rəqibi aşağı liqa təmsilçisinə 1:2 hesabı ilə uduzub. "Soçi"nin yeganə qolunun müəllifi 42-ci dəqiqədə tarazlığı bərpa edən xorvatiyalı hücumçu Marko Duqanciç olub.
Qeyd edək ki, "Keşlə" ilə "Soçi" arasındakı ilk oyun iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.