"Barselona"nın futbolçusu Filipe Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Matç.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin xidmətində "Mançester Yunayted" maraqlıdı.

Klublar arasında danışıqlar müsbət yekunlaşsa, bu keçid 140 milyon avroya gerçəkləşəcək. "Barselona"nın baş məşqçisi Ernesto Valverde və kapitan Lionel Messinin də braziliyalının indiki formasından narazı olması bu keçiddə rol oynaya bilər.

Qeyd edək ki, Koutinyo cari mövsüm 24 oyunda 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest