Mövsümün ikinci yarısına hazırlaşan "Qəbələ" 2019-cu ildə ilk oyununu keçirib. Matç.az xəbər verir ki, Sənan Qurbanovun yetirmələri I divizion təmsilçisi "Qaradağ Lökbatan"ı sınağa çəkib.

Yoxlama görüşü Biləcəri Futbol Mərkəzində baş tutub. Premyer Liqa klubu matçın ilk yarısında hesabı açıb.

20-ci dəqiqədə Rauf Əliyev fərqlənib. Fasilədən sonra "qırmızı-qaraıar" fərqi artırıb. Sabien Lilay I divizion təmsilçisinin qapısına yol tapıb.

Yoxlama oyunu
12 yanvar
"Qəbələ" – "Qaradağ Lökbatan" – 2:0

Rauf Əliyev, 20, Sabien Lilay, 62

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest