İtaliyanın "Napoli" klubu braziliyalı futbolçusu Allanın PSJ-yə keçidinə razılıq verməyib. Matç.az xəbər verir ki, Fransa çempionu yarımmüdafiəçi üçün 80 milyon təklif edib.

Lakin neapollular cənubi amerikalını satmaq istəməyib. A seriyası təmsilçisi futbolçunun Edinson Kavani ilə dəyişdirilməsinə də razı olmayıb.

Allanın satılmasının əsas əleyhdarı Karlo Ançelotti olub. Baş məşqçi klub rəhbərliyini də oyunçunu saxlamağa inandıra bilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest