"Yanvarın 6-da toplanışa başlayıb məşqlərimizi paytaxtda davam etdirdik. Hazırlıq prosesinin arxada qalan hissəsi istədiyimiz kimi keçdi". Matç.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.

39 yaşlı çalışdırıcı "Qaradağ Lökbatan"la yoxlama oyunundan (2:0) sonra matç barədə fikirlərini klubun saytına açıqlayıb: "Bu gün keçirilən yoxlama matçı da bizim üçün yaxşı məşq oldu. "Qaradağ Lökbatan" bizə yaxşı müqavimət göstərdi. Həm də gənc futbolçularımızı müəyyən mövqelərdə sınadıq. İlk matç üçün yaxşı alındı. Ən əsası odur ki, görüşlə bağlı planımız həyata keçdi. Toplanış öncəsi futbolçular yaxşı istirahət etmişdi. Bu da əhval-ruhiyyənin yaxşı olması baxımından müsbət haldır. Toplanış müddətində məşqlərimiz istədiyimiz kimi keçdi. Bunu hazırlıq prosesinin ilk mərhələsi üçün yaxşı hesab edirəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest