Azərbaycan çempionu "Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Matç.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin yoxlama oyunlarındakı rəqiblərinin siyahısında dəyişiklik olub.

Qurban Qurbanovun yetirmələri toplanış zamanı ikinci yoxlama oyununda  özbəkistanın "Paxtakor" klubu əvəzinə Macarıstanın "Uypeşt" klubuyla qarşılaşacaq. Buna səbəb özbəkistan klubunun Antalya toplanışının ləğv olunmasıdı. 

Qeyd edək ki, "Qarabağ" - "Uypeşt" qarşılaşması yanvarın 16-da baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest