"Neftçi" qış təlim-məşq toplanışının ilk mərhələsini başa vurub. Matç.az saytının məlumatına görə, bunadək gündə iki dəfə məşqə çıxan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə ikitərəfli oyun keçirib.

"Ağ-qaralar" sabah səhər saatlarında təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yola düşəcək.

Qeyd edək ki, yanvarın 27-dək Antalyanın Manavqat bölgəsində məskunlaşacaq komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. "Neftçi" ayın 18-də "Qaz Metan" (Rumıniya), 23-də "Slovan" (Liberes, çexiya), 26-da isə "Beroe" (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest