"Bavariya"da 2020/21 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qalib Robert Levandovski olub. O, azarkeşlərin 76,8 faiz səsini toplayıb.
 
İkinci yeri Tomas Müller tutub (10,3 faiz). Jozua Kimmix 6,9 faiz səslə 3-cü olub.
 
Qeyd edək ki, Levandovski ötən mövsüm "Bavariya"da 40 oyunda 48 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest