05 İyul 2021, 14:53
AVRO-2024
"Adidas" şirkəti Aç-2020-nin yarımfinal və final matçlarının topunu təqdim edib. Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Yeni top fərqli dizaynda təqdim olunub.
Aç-2020-nin yarımfinal matçları 6 və 7 iyulda, final isə 11 iyulda olacaq.
Turnirin yarımfinalında İspaniya İtaliya ilə, İngiltərə isə Danimarkayla qarşılaşacaq. Bütün qarşılaşmalar Londondakı "Uembli" stadionunda keçiriləcək.
