İtaliya Kubokunun 1/8 final mərhələsində "Bolonya" ilə qarşılaşan "Yuventus" 2:0 hesabı ilə qələbə qazanıb. Bununla 1/4 finala adlayan Turin klubu yeni rekorda imza atıb.

Belə ki, "qoca sinyora" ardıcıl 12-ci dəfə bu göstəricini təkrarlamağı bacarıb. Növbəti mərhələdəki rəqib isə "Atalanta" - "Kalyari" matçının qalibi olacaq.

Qeyd edək ki, "Yuventus" son 4 ölkə kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest