Portuqaliyanın "Vitoriya" klubunun hücumçusu Abdul-Əziz Yakubunun "Qarabağ"a transferi baş tutmayıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi 22 yaşlı hücumçu ilə razılığa gəlmiş, hətta o, komandanın Avstriyadakı düşərgəsinə yollanmışdı. Ancaq yekunda anlaşma əldə etmək mümkün olmayıb. Buna səbəb futbolçunun tibbi baxışdan keçə bilməməsidir.


Yakubu ötən mövsümü icarə əsasında Portuqaliyanın "Eştoril" klubunda keçirib. Qanalı forvard 34 oyunda 15 qol vuraraq komandanın Premyer Liqaya yüksəlməsində pay sahibi olub. "Qarabağ"ın bu keçid üçün təxminən 1 milyon avro xərcləyəcəyi ilə bağlı xəbərlər var idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest