"Hər məşqçinin öz komandası, oyunçuları, hazırlıq planı olur. Ona görə də, "Qarabağ" və "Legiya" komandalarını müqayisə edə bilmərəm". Matc.az xəbər verir ki, bunu "Legiya"nın futbolçusu Mahir Emreli deyib.

çempionlar Liqasının I təsnifat mərhələsinin "Bude-Qlimt"lə cavab görüşündən əvvəl təşkil olunan mətbuat konfransına qatılan həmyerlimiz bildirib ki, onu "Legiya"da əla qarşılayıblar: "Burda komanda yoldaşlarımla rus və ingilis dilində danışıram. Baş məşqçimiz müsbət enerjili insandır. Mənim kollektivə uyğunlaşmağıma çox kömək etdilər.

Məşqlərdə azarkeşlərin səsini, dəstəyini eşidirik. çoxdandır azarkeşlərin qarşısında oynamırıq. Hamı bu anı səbirsizliklə gözləyir".

Emreli deyib ki, komandanın digər hücumçusu Tomaş Pekqartın yaxşı karyerası, təcrübəsi var:  "Mən gənc oyunçuyam, hələ öyrənirəm. Kimin oynayacağı ilə bağlı qərarı baş məşqçi verəcək. Seçim onundur. İki hücumçu da ola bilər, bir də. Bu, baş məşqçinin seçimi olacaq. Mənim üçün önəmli olan komandanın qələbə qazanmasıdır. Zinəddin Zidanın belə bir sözü var: ehtiyatda oturmağı bacarmayan yaxşı futbolçu ola bilməz. Baş məşqçiyə və komanda yoldaşlarıma hörmətlə yanaşıram".

Sabah keçiriləcək "Legiya" – "Bude-Qlimt" matçı saat 22:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest