"çelsi" "Zenit"in yarımmüdafiəçisi Leandro Paredesdən əl çəkmir. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "zadəganlar" növbəti dəfə bu keçid üçün Rusiya klubunun qapısını döyüb.

Londonlular Argentina millisinin forvardına görə, 30 milyon avro ödəməyə hazırdı. Razılıq əldə olunarsa, 24 yaşlı orta sahə oyunçusunun illik məvacibi 4,5 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Leandro Paredes "Zenit"də 2017-ci ildə "Roma"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest