14 Yanvar 2019, 09:04
FUTBOL
Qış "transfer pəncərəsi"nin ən fəallarından olan "Monako" heyətini daha bir futbolçu ilə gücləndirib. Matç.az xəbər verir ki, "Knyazlıq klubu" Mişi Batşuayini heyətinə qatıb.
İngiltərə "çelsi"sində çıxış edən hücumçu icarəyə götürülüb. 25 yaşlı belçikalı mövsümün sonunadək "Monako"nun uğurları üçün çalışacaq.
Liqa1 təmsilçisinin baş məşqçisi olan Tyerri Anri Belçika yığmasında çalışdığı vaxtdan tanıdığı Batşuayi ilə ön xətti gücləmdirmək niyyətindədi.