AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal köməkçisi Otto Bruneqrafla Türkiyə səfərindədi. Matç.az xəbər verir ki, mütəxəssislər Antalya toplanışında olan klubları, milli üzvləri və namizədləri izləyir.

Hapal səfər barədə fikirlərini də açıqlayıb: "Məqsədimiz futbolçuları, xüsusilə də daim izləyə bilmədiyimiz oyunçuları görməkdi. U-21 komandamız da burada hazırlıq keçir. Martin Şkrtel və Yuray Kutska ilə görüşümüz də olub. Onlar milli karyeralarını davam etdirəcəklər. Təbii ki, sağlamlıqları buna imkan versə və hər hansı zədə olmasa. Bu oyunçuların yığmadan getmək istəyi barədə məlumatım yoxdu".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest